Bariatrik və Ümumi Cərrah
Təhsil:
Uzm. Dr. Xəyal Aslanov Türkiyənin nüfuzlu Marmara Universitetində ümumi cərrahiyyə üzrə ixtisaslaşmış, peşəkar fəaliyyətini uzun illər Türkiyənin aparıcı səhiyyə müəssisələrində davam etdirmişdir. İstanbul və Kocaeli şəhərlərində yerləşən Özel Pendik Yüzyıl Xəstəxanası, Özel Gebze Yüzyıl Xəstəxanası və Merkez Prime Xəstəxanasında ümumi cərrah kimi çalışaraq geniş klinik təcrübə qazanmışdır.
Təcrübə:
Hazırda FHN Tibb Mərkəzində bariatrik və ümumi cərrah olaraq müasir tibbin imkanlarından istifadə etməklə pasiyentlərinə xidmət göstərir.
Üzvlük:
2022-ci ildən Türk Cərrahi Dərnəyinin həqiqi üzvüdür.
İcra etdiyi əməliyyatlar:
Mədə kiçiltmə və bariatrik cərrahiyyə
Mədə balonu – əməliyyatsız arıqlama üsulu
Laparoskopik (qapalı üsulla) əməliyyatlar
Öd kisəsi və appendektomiya əməliyyatları
Qasıq və göbək yırtıqları
Endoskopiya və kolonoskopiya
Mədə-bağırsaq sistemi və onkoloji xəstəliklərin cərrahiyyəsi
Tiroid (zob) və süd vəzi xəstəliklərinin cərrahiyyəsi
Proktoloji xəstəliklər (hemorroid, anal çat, anal fistula)
Tük dönməsi – lazer və klassik üsullar
Qaraciyər, mədəaltı vəzi və böyrəküstü vəzi xəstəliklərinin cərrahiyyəsi