Uroloq, Uro-onkoloq, Androloq
Təhsil:
1997-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə başa vurmuş və Urologiya kafedrasında aspirant kimi elmi və həkimlik fəaliyyətinə başlamışdır.
2004-cü ildə tibb üzrə fəlsəfə doktorluq alimlik dərəcəsi qazanmışdır
İş təcrübəsi:
2004 – 2022-ci illərdə Azərbaycan Tibb Universitetin Urologiya kafedrasında Assistent vəzifəsində çalışmışdır.
2010 – 2025-ci illərdə Daxili İşlər Nazirliyi Hospitalın Endo - Urologiya şöbəsinin rəhbəri olmuşdur.
2022 – 2025-ci illərdə Məlhəm Beynəlxalq Hospitalında uro – androloq vəzifəsində çalışmışdır
2022ci ildən Azərbaycan Tibb Universitetin Urologiya kafedrasında Dosent vəzifəsində çalışır
İcra etdiyi əməliyyatlar:
Böyrək və sidik yolları daşların endoskopik xaric edilməsi
Böyrək və sidik yolları törəmələrin xaric edilməsi
Yuxarı və aşağı sidik yolların anadangəlmə qüsürların aradan qaldırılması
Prostat vəzin endoskopik və açıq əməliyyatların icrası
Xayalarda müxtəlif patologiyalar zamanı (kriptorxizm, hidrosele, xaya və xaya artımın törəmələri) əməliyyatların icrası
Qadınlarda uretral zədələnmənin bərpası, uretral polipin xaric edilməsi, uşaqlıq – sidik yolları fistulaların ləğvi
Elmi fəaliyyət:
50-dən çox elmi məqalə, 1 dərs vəsaitin həmmüəllifidir.
Üzv olduğu tibbi assosiasiyalar:
Azərbaycan Uroloqlar Cəmiyyətinin üzvüdür
Avropa uroloqlar Assosiasiyasının həqiqi üzvüdür
Azərbaycan Endourologiya Cəmiyyətin idarə heyətin üzvüdür
Dəfələrlə Türkiyə, Avstriya, Fransa, Almaniya, İtaliya və Çində urologiyanın müxtəlif sahələri üzrə təkmilləşmə kurslarında olmuşdur.
Elmi araşdırma sahəsi:
Onkourologiya, Endourologiya, Sonsuzluq